Türkiyədən NATO-nun işini asanlaşdıracaq TƏKLİF

Türkiyə NATO-nun şərq cinahında yerləşən müttəfiqlərinə hərbi yanacaq nəqlini təmin etmək üçün 1,2 milyard dollar dəyərində yeni boru kəməri layihəsi irəli sürüb.

Az.shafaqna.com xəbər verir ki, Milli Müdafiə Nazirliyi bildirib ki, bu layihə mövcud variantlarla müqayisədə beş dəfə daha səmərəlidir və razılıq əldə olunarsa, qısa müddətdə həyata keçirilə bilər.

Nazirlik vurğulayıb ki, layihə NATO-nun yanacaq təminatı imkanlarını gücləndirməklə yanaşı, dəniz yollarından asılılığı da azaldacaq.

Bundan əlavə, Almaniyanın təqdim etdiyi “Patriot” hava hücumundan müdafiə sistemlərinin iyun ayında quraşdırılacağı və təxminən altı ay ərzində istifadəyə veriləcəyi bildirilib. Həmçinin qeyd olunub ki, Türkiyə ilə Almaniya arasında təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq daha da genişlənir.

Bu məqaləni paylaş