Braziliyada inanılmaz hadisə: Öldüyü deyilən yaşlı kişi həyata döndü

Braziliyada inanılmaz hadisə: Öldüyü deyilən yaşlı kişi morqda həyata döndü

Braziliyada tibb dünyasını şoka salan və tükürpədici bir hadisə yaşanıb. Xəstəxanada həkimlərin öldüyünü zənn etdiyi 88 yaşlı şəxs, son mənzilə yola salınmaq üçün aparıldığı dəfn evində qəfildən ayılıb. Bu barədə Böyük Britaniyanın “Mirror” qəzeti məlumat yayıb.

Hadisənin təfərrüatına görə, müayinəni aparan həkimlər nəfəs çatışmazlığından əziyyət çəkən ahıl xəstənin bioloji ölümünün reallaşdığını bildiriblər. Bundan sonra cənazə lazımi prosedurlar üçün xəstəxanadan götürülərək xüsusi hazırlıq mərkəzinə nəql olunub.

“Masanın üzərində qarnı tərpəndi”

Dəfn bürosunun rəhbəri qarşılaşdıqları qeyri-adi mənzərəni bu sözlərlə ifadə edib:”Əməkdaşlarımız standart daşıma prosedurunu həyata keçirirdilər. Onlar laboratoriyaya gəlib cənazəni masanın üzərinə qoyanda qarın nahiyəsində qeyri-adi hərəkət müşahidə etdilər. İlk anlarda onun nəfəs alıb-almadığından tam əmin ola bilmədilər”

Qocanın hələ də sağ olduğunu fərq edən mərkəzin əməkdaşları dərhal təcili yardıma xəbər veriblər. Hadisə yerinə gələn tibb işçiləri yaşlı kişiyə ilkin müdaxiləni etdikdən sonra onu təcili olaraq yenidən xəstəxanaya çatdırıblar.

Faktla bağlı yerli hüquq-mühafizə orqanları hərəkətə keçib. Hadisə “vaxtında və lazımi tibbi xidmətin göstərilməməsi” maddəsi ilə araşdırılır. Qeyd olunur ki, əgər dəfn evinin personalı diqqətli tərpənməsəydi, tibb heyətinin bağışlanmaz səhvi qocanın diri-diri torpağa tapşırılması ilə nəticələnəcəkdi.

ETİKETLƏNDİ:
Bu məqaləni paylaş