Böyük Britaniya ordusu kadr çatışmazlığı ilə üzləşib

Az.shafaqna.com “Daily Mail”-ə istinadən xəbər verir ki, Böyük Britaniyanın Müdafiə Nazirliyi daxili hesabat dərc edib. Sənəd ölkə ordusunun qənaətbəxş vəziyyətdə olmadığını göstərir.

Belə ki, ölkənin 33 piyada batalyonundan yalnız biri kadr çatışmazlığı ilə üzləşməyib. Qeyd edilir ki, buna səbəb aşağı əmək haqqı, həmçinin orduya yeni şəxslərin cəlb edilməsi ilə özəl şirkətlərin məşğul olmasıdır.

Polkovnik Riçard Kep bildirib ki, özəl şirkətlə 1,3 milyard funt sterlinqlik müqavilə “faciəvi qərar” idi.

Yeni şəxslər orduya cəlb edilən zamanı bürokratik süründürməçiliklə üzləşirlər ki, bu da onların silahlı qüvvələrdə xidmətdən imtinasına gətirib çıxarır. 2017-ci ildə orduda xidmət üçün verilən ərizələrin sayı 25 minədək azalıb.

Müqavilə əsasında çalışan hərbçilər pis yaşayış şəraiti və aşağı həyat səviyyəsindən şikayətlənirlər.

ETİKETLƏNDİ:
Bu məqaləni paylaş