
Az.shafaqna.com SANA-ya istinadən xəbər verir ki, İraqın Səlahəddin əyalətində içərisi partlayıcı ilə dolu avtomobilin partlaması nəticəsində 21 İŞİD terrorçusu məhv edilib.
Qeyd edilir ki, terrorçu-kamikadze həmin avtomobili Caləm Samarra rayonunda polislərə qarşı istifa etməyi planlaşdırırdı.
Belə ki, kamikadze İŞİD-in qarajından çıxarkən öz terrorçu-yoldaşları ilə sağollaşmaq üçün siqnala basıb, lakin bombanın detonatorunun siqnala birləşdirildiyini unudub və nəticədə də partlayış baş verib.