Mingəçevir Sənaye Parkı

İqtisadiyyat Nazirliyinə məxsus Mingəçevir Sənaye Parkının yeganə rezidenti, ölkənin aparıcı iplik istehsalçısı – “Mingəçevir Tekstil” MMC-nin direktoru Mehman Hüseynov vəzifəsindən azad edilib.

Az.shafaqna.com Musavat.com-a istinadən xəbər verir ki, şirkətə rəhbərlik Əli Əsədova həvalə olunub.

Xatırladaq ki, “Mingəçevir Tekstil” 2016-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 000 manatdır. Şirkət Mingəçevirdə Almaniya, İsveçrə, Yaponiya və Türkiyə texnologiyaları əsasında “Ring” və “Open End” üsulu ilə iplik istehsal edir.

Image result for "Mingəçevir Tekstil" MMC-nin direktoru Mehman Hüseynov

Əvvəlki məqaləİŞİD-çilər öz qazdıqları tələyə düşdülər: Lətifə kimi hadisə
Növbəti məqalədəBöyük Britaniya ordusu kadr çatışmazlığı ilə üzləşib