İran ABŞ və İsrail tərəfindən hücumların təkrarlanacağı təqdirdə onlara qarşı “yeni cəbhələr” açmağa, həmçinin yeni mübarizə üsullarından istifadə etməyə hazırdır.
Az.shafaqna.com xəbər verir ki, bu barədə İslam Respublikasının ordusunun nümayəndəsi Məhəmməd Əkrəminiya bəyan edib.
“Əgər düşmən yenidən ölkəmizə hücum etsə, biz ona qarşı yeni alət və üsullardan istifadə edərək yeni cəbhələr açacağıq”, — deyə o, xəbərdarlıq edib.
Öz növbəsində İran Xarici İşlər Nazirliyinin nümayəndəsi Esmail Bəqai də əmin edib ki, İslam Respublikasının silahlı qüvvələri hadisələrin istənilən inkişaf ssenarisinə hazırdır və düşmənə “yeni sürprizlər” təqdim etməkdə qərarlıdır.
Bu məqaləni paylaş
