İranın Ali lideri əhalinin sayının əhəmiyyəti barədə

Az.shafaqna.com “mehrnews”ə istinadən xəbər verir ki, İran İslam İnqilabının Ali lideri Ayətullah Müctəba Xamenei ölkə əhalisinin sayının əhəmiyyəti barədə danışıb.

O, bəyan edib ki, İslam Respublikasının əhalisinin artımı İranın gələcəyi üçün çox əhəmiyyətlidir.

Ayətullah Müctəba Xamenei əhalinin sayının çoxalmasının İranın gücü və mədəniyyəti ilə əlaqəsinə toxunaraq bildirib: “Düzgün əhali artımı siyasəti ilə böyük İran xalqı gələcəkdə güclü mövqe və strateji irəliləyişlər sərgiləyəcək, İranın yeni mədəniyyətini formalaşdırma yolunda böyük addımlar ata biləcək. Buna görə də, doğumun təşviqi və əhali mütəxəssislərinin bu istiqamətdəki səylərinin parlaq bir gələcəyin təminatında mühüm təsiri ola bilər”.

Bu məqaləni paylaş