Cənubi Koreyadakı it əti fermalarının 82%-ni bağlanıb.
Az.shafaqna.com xəbər verir ki, bu barədə ölkənin Kənd Təsərrüfatı Nazirliyi məlumat verib.
Qurum xatırladıb ki, itlərin qida məqsədilə yetişdirilməsi, kəsimi və satışına tam qadağa 2027-ci ilin fevralında qüvvəyə minəcək.
Bildirilib ki, 2024-cü ildən etibarən 1 537 it əti fermasından 1 265-i bağlanıb. Qalanları isə 2026-cı ilin sonunadək fəaliyyətini dayandırmalıdır.
“Xüsusi yoxlamalar təkcə hələ bağlanmamış fermalarla bağlı deyil, həm də artıq bağlanmış təsərrüfatlarla bağlı aparılacaq — yeni və ya qanunsuz yetişdirmə hallarını aşkar etmək üçün”, — deyə Cənubi Koreyanın Kənd Təsərrüfatı Nazirliyinin mətbuata açıqlamasında bildirilir.
“The Kookje Daily News” nəşrinin məlumatına görə, nazirlik iyul və avqust aylarında it yetişdirmə fermalarının daha tez bağlanması üçün gücləndirilmiş yoxlamalar aparmağı öhdəsinə götürüb. Qadağanı nəzərə almayan müəssisələrin fermer təsərrüfatı fəaliyyəti ilə məşğul olmağa icazə verən lisenziyaları əllərindən alınacaq.
“Yonhap” agentliyinin yazdığına görə, 2026-cı ilin əvvəlinə olan məlumata əsasən, Cənubi Koreyada menyusunda it əti təqdim olunan 1,6 min restoran fəaliyyət göstərirdi. İt əti istehsalçıları assosiasiyası bildirirdi ki, bu sahədə 1 milyon fermer çalışır, belə ətin istehlakçılarının sayı isə 10 milyonu ötür.
