Gürcüstan 62 əcnəbini deportasiya edib

Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin həyata keçirdiyi tədbirlər nəticəsində ölkədə qanunsuz yaşayan 62 xarici vətəndaş ölkədən deportasiya edilib.

Az.shafaqna.com xəbər verir ki, əməliyyatlar Miqrasiya Departamentinin əməkdaşları tərəfindən Daxili İşlər Nazirliyinin digər aidiyyəti strukturları ilə birgə və əlaqələndirilmiş şəkildə aparılıb.

Deportasiya olunan şəxslər arasında Türkiyə, Hindistan, Türkmənistan, Pakistan, Azərbaycan, Belarus, Nigeriya, Misir, Nepal, Rusiya, Cənubi Afrika, Sudan, İordaniya və Filippin vətəndaşları da yer alıb.

Məlumata əsasən, həmin şəxslər Gürcüstanda miqrasiya qaydalarını pozduqlarına görə ölkədən çıxarılıblar. Qüvvədə olan qanunvericiliyə uyğun olaraq, deportasiya edilən şəxslərin müəyyən müddət ərzində Gürcüstana yenidən daxil olmasına qadağa tətbiq edilib.

Bu məqaləni paylaş