Bakı aqlomerasiyasının əhalisi 3 milyonu ötüb

Bakı dinamik inkişaf edən şəhərdir, son statistikaya görə, Bakı aqlomerasiyasının əhalisi 3 milyonu ötüb.

Az.shafaqna.com” xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin Başçısı Eldar Əzizov Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən “Yerli fəaliyyətin gücləndirilməsi: adekvat mənzil təminatı və dayanıqlı icmalar üçün çoxtəbəqəli idarəetmənin möhkəmləndirilməsi” adlı dəyirmi masada deyib.

O xatırladıb ki, iki il əvvəl Bakının yeni Baş Planı təsdiqlənib. Paytaxtda 300-dən çox park fəaliyyət göstərir. Həmçinin 200-ə yaxın məhəllədaxili park yaradılıb.

Bu məqaləni paylaş