NATO ölkəsi Türkiyəyə HHM sistemləri göndərir

Alman ordusu öz HHM sistemlərini Türkiyəyə yerləşdirəcək.

Az.shafaqna.com xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, “Patriot” zenit-raket kompleksləri 150 hərbçi ilə birlikdə iyunun sonundan etibarən Türkiyədə fəaliyyət göstərəcək.

Bu HHM batareyası NATO çərçivəsində regiona gətirilir və sentyabradək bölgədə qalacaq.

Bu addım Yaxın Şərqdəki gərginliyin fonunda atılır.

Bu məqaləni paylaş