Kolbasanın gizli təhlükələri: Dietoloqdan ciddi xəbərdarlıq

Davamlı olaraq kolbasa məhsullarından istifadə etmək onkoloji xəstəliklərə və digər ağır fəsadlara zəmin yarada bilər. Az.shafaqna.com xəbər verir ki, bu barədə -endokrinoloq və Moskva Psixoanaliz İnstitutunun “ReForma” adlı təhsil layihəsinin rəhbəri Mayra Rau bu barədə xəbərdarlıq edib.

Mütəxəssis diqqətə çatdırıb ki, istər bişmiş, istərsə də hisə verilmiş kolbasalar emal olunmuş ət qrupuna aiddir. Bu tip qidaların rasiondakı payı minimuma endirilməli, hətta tamamilə çıxarılmalıdır. Çünki bu məhsulların mütəmadi yeyilməsi piylənməyə, ürək-damar sistemi xəstəliklərinə və müxtəlif xərçəng növlərinin inkişafına birbaşa təkan verir.

Kolbasa üçün müəyyən edilmiş hər hansı təhlükəsiz gündəlik norma yoxdur; burada əsas məsələ onun hansı tezlikdə və nə qədər yeyilməsidir. Ekspert bu məhsulların daxili tərkibindəki zərərli göstəriciləri belə sıralayıb:

  • Bişmiş kolbasa: Hər 100 qramında 25-30 qram piy qatı olur. Eyni zamanda daxilindəki duz və natriumun miqdarı həddindən çoxdur. Bu səbəbdən yüksək qan təzyiqi (hipertoniya) olan şəxslər ondan qətiyyən istifadə etməməlidir.

  • Çiy hisə verilmiş kolbasa: Hər 100 qramında piy miqdarı 40-45 qrama çatır.

Tərkibindəki doymuş yağlar çox qəbul edildikdə bədəndəki piy mübadiləsini alt-üst edir. Həmçinin bu qidaların tərkibində xərçəng yarada biləcək xüsusi qoruyucu maddələr (konservantlar) var. Buna görə də hər iki kolbasa növünün gündəlik qidalanmaya daxil edilməsi qətiyyən yolverilməzdir.

Mayra Rau kolbasaların sağlam menyuya uyğun gəlmədiyini bildirərək, onları daha faydalı protein mənbələri ilə əvəzləməyi təklif edir. O, buterbrod hazırlayarkən kolbasanın yerinə bu qidalardan istifadəni məsləhət görür:

  • Balıq əti;

  • Sobada bişmiş toyuq, hinduşka və ya mal əti;

  • Azyağlı pendir növləri;

  • Tərəvəzlər.

ETİKETLƏNDİ:
Bu məqaləni paylaş