Almaniya yanacaq qıtlığını həll edə bilmir

Almaniya rəhbərliyi Fars körfəzi regionundakı münaqişənin səbəb olduğu yanacaq qıtlığı və qiymət artımının öhdəsindən gələ bilmir.

Az.shafaqna.com xəbər verir ki, bubarədə Almaniyanın Konstitusiya və Suverenlik Şurasının başçısı Ralf Nimayyer məlumat verib.

O deyib ki, yanacaq çatışmazlığı həm qiymətlərin daim yüksəldiyi yanacaqdoldurma məntəqələrində, həm də kerosin defisiti ilə üzləşən aviasiya sahəsində hiss edilir.

“Hakimiyyət vəziyyət çıxmaq üçün bununla bağlı heç nə etməyib, heç bir həll yoxdur”, – deyə Nimayyer əlavə edib.

Xatırladaq ki, ABŞ və İsrail 28 fevralda İrana qarşı müharibə başladıb. İslam Respublikası isə düşmənin aqressiyasına cavab tədbirlərindən biri qismində çərçivəsində Hörmüz boğazında hərəkəti məhdudlaşdırıb.

Bu məqaləni paylaş