ABŞ hücum etsə, rəsmi Havana müdafiə olunacaq.
Az.shafaqna.com xəbər verir ki, bu barədə Kuba Xarici İşlər Nazirliyindən bəyan edilib.
“Kubaya hücum ediləcəyi təqdirdə, o, özünün qanuni özünümüdafiə hüququndan istifadə edəcək“, – deyə qeyd edilib.
Xatırladaq ki, ABŞ Kubaya qarşı blokada tətbiq edir, nəticədə ölkədəki yanacaq ehtiyatları tükənib. Həmçinin ABŞ Kubanı hərbi müdaxilə ilə təhdid edir.
Bu məqaləni paylaş
