Az.shafaqna.com xəbər verir ki, Gürcüstanda Ailə Müqəddəsliyi və Valideynlərə Hörmət Günü qeyd olunub.
Bununla əlaqədar olaraq Tbilisi və böyük şəhərlərdə yürüş keçirilib. Tbilisidə xristian din xadimləri və adi vətəndaşlar saat 10:00-da Müqəddəs Qiorqi adına Kaşveti kilsəsinə toplaşıblar. Kaşvetidə toplaşan yürüş iştirakçıları saat 11:00-da təntənəli dua yürüşü ilə Əqdəs Üçlük patriarxlıq məbədinə yola düşüblər. Burada Ümumi Gürcüstanın Katolikos-Patriarxı, Mtsxeta -Tbilisi arxiyepiskopu, Bicvinta və Tsxum-Abxaziya mitropoliti Üçüncü Şio ilk bayram liturgiyasını keçirib.
Liturgiyada müxtəlif kilsələrin nümayəndə heyətləri və hakimiyyət nümayəndələri iştirak ediblər.
Tbilisidən başqa, Rustavi, Kutaisi, Qori, Batumi, Axaltsixe, Zuqdidi, Telavi, Msxeta və Ozurgetidə də ümumi yürüş keçirilib.
