Bolqarıstan Prezidenti İliyana Yotova Bakıdadır

Az.shafaqna.com xəbər verir ki, Bolqarıstan Respublikasının prezidenti İliyana Yotova Azərbaycana səfərə gəlib.

Mayın 17-də paytaxtın Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın rəsmi qarşılanma mərasimi baş tutub.

Səfərin məqsədi Bakıda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak etməkdir.

Hava limanında Bolqarıstan rəsmisini Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər qarşılayıblar.

Bu məqaləni paylaş