Ukrayna PUA-sı Türkiyədə panikaya səbəb oldu

Səhər saatlarında Türkiyənin Samsun şəhərinə PUA düşüb.

Az.shafaqna.com xəbər verir ki, gurultu səsinə oyanan sakinlər əvvəlcə qaz balonunun partladığını düşünsələr də, səsin pilotsuz uçuş aparatına aid olduğu məlum olub.

Səs sakinlərin panikasına səbəb olub.

Nəticədə bir neçə mənzilin pəncərələrinə zərər dəyib. Xoşbəxtlikdən heç kim xəsarət almayıb.

“Doğru Haber”in məlumatına görə, həmin PUA Ukraynaya məxsusdur və söhbət “Maya” adlı saxta hədəf PUA-sından gedir. Mənbəyə görə, dron Rusiyanın Krasnodar şəhərinə və ya Krım yarımadasında doğru uçurdu, lakin naməlum səbəblərdən istiqamətini dəyişib Türkiyənin hava məkanına daxil olub.

Bu məqaləni paylaş