Az.shafaqna.com RT-a istinadən xəbər verir ki, ABŞ və Avropa İttifaqı (Aİ) sanksiyaları Venesuelada ölkə əhalisi üçün dağıdıcı nəticələri olan humanitar və iqtisadi böhrana səbəb olub.
Bu barədə BMT İnsan Haqları Şurasının (İHŞ) birtərəfli məhdudlaşdırıcı tədbirlərin insan haqlarına mənfi təsirinə dair məsələlər üzrə xüsusi məruzəçisi Yelena Dovqan məlumat verib. BMT İHŞ müvafiq bəyanatı yayıb.
Qeyd edilir ki, Dovqan Venesuelaya 2 həftəlik səfər edib.
“Onlar (sanksiyalar) Venesuelanın bütün əhalisi üçün dağıdıcı nəticələri olan iqtisadi, humanitar və inkişaf sahəsindəki böhrana səbəb olub”, – deyə o qeyd edib.
Dovqanın sözlərinə görə, sanksiyalar ən çox olduqca yoxsul vəziyyətdə olanlara təsir göstərib.
Xatırladaq ki, ABŞ 2020-ci ilin sentyabr ayında Venesuelaya qarşı sanksiyalar siyahısını genişləndirib.