İraq aprel ayında Hörmüz boğazı vasitəsilə cəmi 10 milyon barel neft ixrac edib.
Az.shafaqna.com xəbər verir ki, bu barədə ölkənin neft naziri Əli Basem Muhəmməd Hudəyr məlumat verib.
O bildirib ki, ABŞ və İsrailin İrana qarşı başlatdığı müharibədən öncə isə İraqın aylıq ixrac həcmi 93 milyon barel idi.
İraqlı nazir əlavə edib ki, ölkəsi hazırda Türkiyənin Ceyrah limanı vasitəsi ilə Bağdad 200 min barel neft ixrac edir, bu göstəricini 500 min barelə çatdırmaq planları var.
Xatırladaq ki, 28 fevralda İrana qarşı başladılan müharibədən sonra Hörmüz boğazında hərəkət rəsmi Tehranın cavad tədbirləri nəticəsində məhdudlaşdırılıb. İslam Respublikasının müəyyən etdiyi şərtə əsasən, heç bir düşmən ölkə Hörmüz boğazından istifadə edə bilməz, digər ölkələr isə Tehranın icazəsi ilə boğazdan istifadə edə bilər.
