İranın Buşəhr atom elektrik stansiyasının (AES) ikinci enerji blokunun tikintisi üzrə işlər İranda yenidən bərpa olunub.
Az.shafaqna.com xəbər verir ki, bu barədə “Rosatom”un baş direktoru Aleksey Lixaçev bildirib.
Podratçılarla meydançada qalan rusiyalı mütəxəssislər işləyirlər. Tikinti əməliyyatlarına texniki və məsləhət dəstəyi isə məsafədən təşkil olunub.
“Biz işçi heyətinin sayının artırılması ilə bağlı planların hazırlanmasına başlamışıq… Vəziyyət tam aydınlaşana qədər personalın tam həcmdə tikinti meydançasına qaytarılması barədə qərar qəbul etmək hüququmuz yoxdur”, – deyə qeyd edib.
Bundan əvvəl xəbər verilmişdi ki, İrandakı “Buşəhr” AES-in tikintisinə təxminən 2,2 min iranlı işçi geri qayıdıb.
Bu məqaləni paylaş
