İsrail Livan və Qəzza sektorunda günahsız insanları qətlə yetirməyə davam edir.
Az.shafaqna.com xəbər verir ki, Livan və Qəzza sektorunun səhiyyə nazirlikləri əhali arasındakı qurbanlar barədə yenilənmiş məlumatları açıqlayıb.
Qeyd edilib ki, İsrail son 24 saatda Livanda daha 18 dinc sakini qətlə yetirib, 124 nəfəri isə yaralayıb. Beləliklə də, 2 martdan bəri İsrail tərəfindən öldürülən günahsız livanlıların sayı 2 969 nəfərə, xəsarət alanların sayı isə 9 112 nəfərə çatıb çatıb
İsrailin 2023-cü il 7 oktyabrdan bəri Qəzza sektoruna etdiyi hücumlar nəticəsində isə 72 757 günahsız fələstinli qətlə yetirilib, 172 645 dinc qəzzalı isə yaralanıb. Həmçinin 10 minə yaxın Qəzza sakini itkin düşüb.
İsrailin öldürdüyü dinc insanların böyük əksəriyyətini uşaqlar və qadınlar təşkil edir.
