Az.shafaqna.com xəbər verir ki, İranın Ərdəbil əyalətində İsrailə casusluq edən bir şəbəkə deşifrə edilib.
Bu barədə İran mediası məlumat yayıb.
Məlumata görə, Mossada bağlı olan bu şəbəkənin bir neçə üzvü həbs olunublar.
Məlumatda həbs olunanların kimlikləri açıqlanmayıb.
Qeyd edək ki, İran qanunlarına görə, düşmənə casusluq edənlər edam edilirlər.
Bu məqaləni paylaş
