Ukrayna Ryazanda yaşayış binalarına zərbə endirdi

Ukrayna ordusu Rusiyanın Ryazan vilayətinə hücum edib.

Az.shafaqna.com xəbər verir ki, İstintaq Komitəsi və regional Səhiyyə Nazirliyi dinc sakinlər arasındakı qurbanlar barədə məlumat verib.

Qeyd edilib ki, iki yaşayış binası və sənaye obyektlərinə endirilən zərbə nəticəsində biri uşaq olmaqla 4 nəfər həyatını itirib, 28 nəfər isə yaralanıb.

Bu məqaləni paylaş