Az.shafaqna.com-un verdiyi xəbərə görə, Dünya Güləş Birliyi (UWW) Rusiya və Belarus güləşçiləri üzərindən bütün məhdudiyyətləri götürüb.
Bu barədə Rusiya mətbuatı məlumat verib.
Bundan sonra bütün yaş kateqoriyalarında idmançılar öz bayraqları altında çıxış edə biləcəklər və qızıl medal qazanacaqları təqdirdə ölkələrinin himnləri səsləndiriləcək.
Eyni zamanda idmançıların idman geyimlərində artıq ölkələrin qısaldılmış adları – RUS və BLR qeyd olunacaq .
Məhdudiyyətlər 2022-ci ilin mart ayında Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra tətbiq edilmişdi. Daha sonra sanksiyalar mərhələli şəkildə yumşaldılmışdı.
Bu məqaləni paylaş
