İran: Düşmənə əsla baş əyməyəcəyik!

İran əsla düşmənə baş əyməyəcək.

Az.shafaqna.com xəbər verir ki, bu barədə İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Ərakçi bəyan edib.

O bildirib ki, İran təhdidlər eşitməyə öyrəşib, həmçinin də ABŞ da uzun zamandır ki, öz hədələrini fərqli-fərqli kanallarla təkar edir. Lakin, onun sözlərinə görə, ABŞ anlamır ki, Vaşinqton nə bu təhdidlərlə, nə də başlatdığı müharibə ilə heç bir nəticə əldə etməyib və etməyəcək də.

Ərakçi vurğulayıb ki, düşmən hərbi yolla öz istəyinə nail ola bilməyəcək.

O, İran İslam Respublikasının düşmənin qarşısında möhkəm dayandığını və boyun əymədiyini qeyd edib.

Xatırladaq ki, ABŞ və İsrail 28 fevralda İrana qarşı müharibə başladıb.

Bu məqaləni paylaş