
Az.shafaqna.com REGNUM-a istinadən xəbər verir ki, İsraildə tibbi bacıları etiraz əlaməti olaraq tətil elan ediblər.
Buna səbəb isə Maliyyə Nazirliyi ilə aparılan maaşların artırılmasına dair danışıqların uğursuz nəticələnməsidir.
“Tibb bacıları və tibb qardaşlarının həmkarlar ittifaqı bu gün səhər elan edib ki, Maliyyə Nazirliyi ilə aparılan danışıqlar uğursuzluqla nəticələnib və bazar ertəsi günü səhərdən tətil başlayır”, – deyə qeyd edilib.
Həmçinin bildirilir ki, işə çıxmama nəticəsində planlı əməliyyatların bir hissəsi ləğv ediləcək, analiz qəbulu azalacaq və klinikalar vaksinləmə üçün qapadılacaq.
Həmkarlar ittifaqı COVID-19 epidemiyasının fonundakı yüksək gərginliyə görə maaşların və iş şəraitinin artırılmasını tələb edir.






























