Şəhid Ələddin və Şəhid Zaur da torpağa tapşırılıb

Az.shafaqna.com xəbər verir ki,  Füzuli rayonunda Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Ələddin Həzi oğlu Həziyev və Zaur İmamqulu oğlu Sadıqov İşıqlı kənd qəbiristanlığında dəfn olunublar.

Qeyd edək ki, Ə.Həziyev 1973-cü il martın 29-da Füzulinin İşıqlı kəndində anadan olub. 1993-cü il iyulun 27-də Füzulinin Cuvarlı kəndi istiqamətində itkin düşüb.

Z.Sadıqov 1973-cü il noyabrın 2-də Füzulinin İşıqlı kəndində anadan olub. 1993-cü il iyulun 27-də rayonun Cuvarlı kəndi istiqamətində itkin düşüb.

Bu məqaləni paylaş