İran: Hörmüz dostlar üçün, düşmənlər üçün qapalıdır!

İslam Respublikası Hörmüz boğazında yalnız düşmən ölkələrə məhdudiyyət təbiq edir.

Az.shafaqna.com “mehrnews”ə istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Seyyid Abbas Ərakçi Hindistanda keçirilən BRICS xarici işlər nazirlərinin toplantısı zamanı jurnalistlərə bəyan edib.

“Müharibəni başlayan biz deyildik, biz sadəcə özümüzü müdafiə edirik. Hörmüz boğazı dost ölkələr üçün bağlı deyil. Məhdudiyyətlər yalnız düşmənlərimizə aiddir. Dost ölkələrin gəmilərinin təhlükəsiz keçidi üçün İran hərbi qüvvələri ilə koordinasiya yaratmaları kifayətdir”, – deyə o qeyd edib.

İranlı nazir vurğulayıb ki, hazırda yeganə həll yolu bu təcavüzkar müharibənin tamamilə başa çatmasıdır. Ərakçi əlavə edib ki, bundan sonra düşmən olmayan ölkələrin hər bir gəmisi üçün təhlükəsiz keçid təmin ediləcək.

Bu məqaləni paylaş