İraq parlamenti Baş nazir Əli əz-Zeydinin hökumətini və onun nazirlər kabinetinin proqramını təsdiqləyib.
Az.shafaqna.com xəbər verir ki, əz-Zeydi və parlamentin etimad səsini alan nazirlər konstitusiya andı içərək rəsmi şəkildə vəzifələrinin icrasına başlayıblar.
İclas zamanı parlament 14 nazirin namizədliyini təsdiqləyib.
Cümə axşamı keçirilən iclasda 329 deputatdan təxminən 270-i iştirak edib.
Daha sonra parlament nazirlərin namizədliklərini ayrı-ayrılıqda səsverməyə çıxarıb
Parlamentin iclası kabinetdə qalan doqquz portfel nazirləri üzrə səsvermə tarixini müəyyən edilmədən təxirə salınıb.
Bu məqaləni paylaş
