Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən şəhid Rafiq Şirvan oğlu Cəfərov dəfn olunub.
Az.hafaqna.com xəbər verir ki, şəhidlə keçirilən vida mərasimindən sonra o, Əbdürrəhmanlı kənd qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, R.Cəfərov 1973-cü il yanvarın 21-də Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndində anadan olub. 1993-cü il iyulun 27-də Füzulinin Cuvarlı kəndi (Aşağı Əbdürrəhmanlı) istiqamətində itkin düşmüşdü.
Bu məqaləni paylaş
