Kəşmirdə Böyük Moğol imperiyası dövrünə aid 400 illik tarixi bir məscidin yenidən bərpası üçün büdcə ayırılıb.
Az.shafaqna.com IQNA-ya istinadən xəbər verir ki, sözügedən məscid Kəşmirin mərkəzində yerləşir və o, XVII əsrdə inşa edilib.
Bu tikili vaxtilə bölgənin əsas dini fəaliyyət mərkəzlərindən biri olub və tarixi-memarlıq əhəmiyyətinə malikdir.
Məscidin yenidən qurulması işləri mütəxəssislərin nəzarəti altında aparılacaq və əsas diqqət tikilinin struktur sabitliyinin və tarixi orijinallığının qorunmasına yönəldiləcək.
Bu məqaləni paylaş
