Özbəkistan kosmosa ilk kosmonavtını göndərəcək

Özbəkistan yaxın illərdə ilk kosmonavtını kosmosa göndərməyə hazırlaşır.

Az.shafaqna.com xəbər verir ki, bu barədə “Uzbekcosmos” agentliyinin direktor müavini Muhiddin Ibrahimov məlumat verib.

Qeyd edilib ki, uçuşun 2028-ci ilin oktyabr ayınadək həyata keçirilməsi nəzərdə tutulur.

Onun sözlərinə görə, kosmik missiyanın 14 gün davam etməsi planlaşdırılır. Layihə ilə bağlı hazırda Rusiya və Çinlə danışıqlar aparılır.

İbrahimov qeyd edib ki, Rusiya Beynəlxalq Kosmik Stansiyaya pilotlu uçuşlar həyata keçirir, Çin isə öz orbital stansiyasına sahibdir. O əlavə edib ki, ölkələr Özbəkistanla bu istiqamətdə əməkdaşlığa maraq göstərir.

Bu məqaləni paylaş