Az.shafaqna.com xəbər verir ki, nu gün yerli vaxtla saat 11:17-də İranın cənub-şərq nahiyəsində yerləşən Kirman bölgəsində 5 ballıq zəlzələ meydana gəlib.
Tehran Universitetinin Geofizika İnstitutuna bağlı olan Milli Seysmologiya Mərkəzinin yaydığı məlumata əsasən, təbiət hadisəsi vilayətin Bərdsir rayonu ərazisində, yerin 8 kilometr dərinliyində baş verib.
Hadisə ilə bağlı vəziyyəti yerindəcə araşdırmaq və ziyanın miqyasını müəyyənləşdirmək məqsədilə bölgəyə dərhal xüsusi qruplar göndərilib. Hazırkı vaxta qədər hər hansı dağıntı və ya insan xəsarəti barədə rəsmi məlumat daxil olmayıb.
Bu məqaləni paylaş
