İtaliya Kubokunun qalibi bu komanda oldu

Az.shafaqna.com xəbər verir ki, “İnter” kollektivi İtaliya Kubokunun həlledici qarşılaşmasında “Latsio”nu 2:0 hesabı ilə üstələyərək cari mövsüm öz muzeyinə ikinci kuboku əlavə edib.

Milan klubu bundan bir qədər əvvəl A Seriyasında da çempionluğunu rəsmiləşdirmişdi.

Beləliklə, “neradzurri” eyni il həm ölkə birinciliyində, həm də kubok yarışında zirvəyə yüksəlib.

Qeyd edək ki, “İnter” sonuncu dəfə bu cür uğurlu “dubl”a (hər iki titulu qazanmağa) 2010-cu ildə imza atmışdı.

Bu məqaləni paylaş