Türkiyə və Ermənistan arasında TİCARƏT artıq birbaşa olacaq

Türkiyə ilə Ermənistan arasında birbaşa ticarətin başlanmasına yönəlmiş bürokratik hazırlıqlar tamamlanıb.

Az.shafaqna.com xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin rəsmisi Öncü Keçeli bildirib.

Qeyd edək ki, əgər əvvəllər ölkələr arasında ticarət dolayı yolla olurdusa, bundan sonra iki ölkə arasındakı ticarət birbaşa olacaq.

TÜRKİYƏN XİN-DƏN KRİTİK AÇIQLAMA!

Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli bildirib ki, Türkiyə ilə Ermənistan arasında 2022-ci ildən davam edən normallaşma prosesi çərçivəsində yeni mərhələ başlayıb.

Keçeli açıqlamasında deyib: “Ermənistan ilə 2022-ci ildən davam edən normallaşma prosesimiz çərçivəsində atılan etimad qurucu addımlar daxilində, ölkəmiz ilə Ermənistan arasında birbaşa ticarətin başladılmasına dair bürokratik hazırlıqlar 11 may 2026-cı il tarixinə etibarən tamamlanmışdır”.

Ölkələr arasında münasibətlərin normallaşdırılması məsələləri üzrə Ermənistanın xüsusi təmsilçisi Ruben Rubinyan bu xəbəri şərh edərkən deyib ki, bu qərar Ermənistan və Türkiyə məhsulları 3-cü ölkələr vasitəsilə təyinat nöqtəsi olaraq “Ermənistan” və ya “Türkiyə” qeyd edərək tədarük edə biləcəklər.

“Gömrük nöqteyi-nəzərndən Ermənistan və Türkiyə arasındakı ticarət məhsulların yenidən rəsmiləşdirilməsi zərurəti olmadan mümkün oldu”, – deyə Rubinyan qeyd edib.
Rubinyan Gümrü-Kars dəmir yolu xəttinin açılması üzərində də işlərin davam etdirildiyini əlavə edib.

SƏRHƏDİN AÇILMASI ÜÇÜN DƏ İŞLƏR DAVAM EDİR

Türkiyənin XİN-inin açıqlmasında həmçinni bildirilib ki, iki ölkə arasındakı ortaq sərhədin açılmasına yönəlmiş texniki və bürokratik işlər davam edir.

Keçeli qeyd edib ki, proses çərçivəsində həyata keçirilən yeni tənzimləmə ilə birlikdə Türkiyədən üçüncü ölkələr üzərindən Ermənistana gedən və ya eyni marşrutdan istifadə edərək gələn malların son çıxış və çatma məntəqəsi rəsmi qeydlərdə “Ermənistan/Türkiyə” şəklində yazıla biləcək.

Bu məqaləni paylaş