İran və İraq arasında sərhədin mühafizəsinin gücləndirilməsinə dair razılıq əldə edilib.
Az.shafaqna.com xəbər verir ki, İraq Baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Qasim əl-Əraci məlumat verib.
Qeyd edilib ki, Tehran və Bağdad iki ölkə arasındakı sərhəddə nəzarətin gücləndirilməsinin, sərhəd nəzarəti tədbirlərinin sərtləşdirilməsinin və hər iki ölkənin, həmçinin regionun təhlükəsizlik və sabitliyini təhdid edən terrorçular və silahlı qrupların sızmasının və hərəkətliliyinin qarşısının alınmasının vacibliyini vurğulayıb.
Sənəddə vurğulanır ki, İran tərəfi İraqın Kürdüstan muxtar bölgəsində mövcud olan bir sıra silahlı qruplarının fəaliyyəti barədə məlumat təqdim edib. Qeyd olunur ki, ikitərəfli təhlükəsizlik komitəsinin iclası zamanı bu məsələnin kompleks şəkildə həlli üçün zəruri tədbirlərin görülməsi barədə razılıq əldə olunub.
