Azərbaycan-Ermənistan sərhədində insident baş verib.
Xinzirək kəndi yaxınlığında insident baş verib.
Az.shafaqna.com Axar.az-a istinadla xəbər verir ki, hadisə Xinzirək kəndi istiqamətində olub.
Erməni mediasının yazdığına görə, dünən gündüz saatlarında erməni çobana məxsus qoyun sürüsü Azərbaycan tərəfinə keçib və Azərbaycan sərhədçiləri sərhədi keçən 185 erməni qoyununu müsadirə edib.
Danışıqlardan və uzumüddətli xahişlərdən sonra qoyunların qaytarıldığı bildirilir.
Qeyd edək ki, Xinzirək kəndinidəki bir neçə mövqe ötən həftə sərhədlərin müəyyənləşməsi zamanı Azərbaycanın nəzarətinə qaytarılıb.
Bu məqaləni paylaş