Gürcüstanda sutkalıq koronavirus statistikası

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 535 yoluxma halı qeydə alınıb, sağalanların sayı –  757, ölənlərin sayı 7 nəfər olub.

Az.shafaqna.com xəbər verir ki, bunu Gürcüstan hökümətinin koronavirusla bağlı statistika və məlumatları açıqlayan rəsmi qurumu bildirib.

Ümumilikdə ölkədə 265200 nəfər koronavirusa yoluxub, 257441 nəfər sağalıb, 3343 nəfər isə vəfat edib.

Hazırda 226 karantin rejimində,  2004 nəfər xəstəxanada, 277 nəfər isə COVİD 19 otelindədir.

12 fevralda Gürcüstanda 507 nəfər COVİD 19-a yoluxmuş, 660 nəfər isə bu virusdan sağalmışdı.

Bu məqaləni paylaş