Gürcüstanda son günlər keçirilən miqrasiya tədbirləri çərçivəsində 74 əcnəbi ölkədən çıxarılıb.
Az.shafaqna.com xəbər verir ki, əməliyyatlar Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti və digər aidiyyəti qurumların iştirakı ilə həyata keçirilib.
Deportasiya olunanlar arasında Türkiyə, Hindistan, Efiopiya, Pakistan, Keniya, İran, Belarus, Misir, Tacikistan, Rusiya, İraq, Zimbabve, Azərbaycan, Türkmənistan, Ermənistan, Sudan, Uqanda və Özbəkistan vətəndaşları olub.
Nazirlik bildirib ki, qanunvericiliyə uyğun olaraq deportasiya edilən şəxslərin Gürcüstana yenidən daxil olmasına məhdudiyyət tətbiq edilib.
Bu məqaləni paylaş
