Rusiya Federasiyası Dağıstan Respublikasının Xalq Məclisinin deputatları Maqomed Ramazanovu respublikanın hökumət sədri vəzifəsinə təsdiqləyiblər.
Az.shafaqna.com xəbər verir ki, gizli səsvermə zamanı deputatlar Ramazanovun təyinatını yekdilliklə dəstəkləyiblər.
Qeyd olunur ki, mayın 6-da Fyodor Şyukin Dağıstan rəhbərinin vəzifələrini müvəqqəti icra edən şəxs kimi respublika hökumətini istefaya göndərib, baş nazir vəzifəsinin icrasını müvəqqəti olaraq Ramazanova həvalə edib.
Bu məqaləni paylaş
