Şimali Koreya bu halda dərhal NÜVƏ ZƏRBƏSİ endirəcək!

Şimali Koreyanın Ali Xalq Məclisi dərhal nüvə zərbəsinin endiriləcəyi halları müəyyən edən yeni qanunu təsdiq edib.

Az.shafaqna.com xəbər verir ki, həmin qanuna əsasən, əgər ölkə lideri Kim Çen In sui-qəsd nəticəsində öldürülsə, dərhal və avtomatik şəkildə düşmənə qarşı nüvə silahı tətbiq ediləcək.

Qey edilib ki, sui-qəsdin arxasında duran şəxsin məhvi üçün heç bir gecikmə olmadan dərhal nüvə zərbəsinin endirilməsini nəzərdə tutur.

Bundan başqa, yeni qanun Kim Çen Ina bütün nüvə qüvvələrinə komandanlıq etmək və onlardan istifadə ilə bağlı qərarlar qəbul etmək üçün müstəsna hüquq da verir. Belə ki, əgər idarəetmə sistemində və ya liderin özünə qarşı təhlükə yaranarsa, nüvə silahı əlavə razılaşdırmalar olmadan dərhal tətbiq edilə bilər.

Bu məqaləni paylaş