“Oreşnik” raket sistemi nüvə başlıqları ilə təchiz oluna bilər.
Az.shafaqna.com xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin bəyan edib.
O, həmçinin qeyd edib ki, Rusiya “Kinjal” raket kompleksinin qeyri-nüvə variantının dəqiqliyini artırmaq istiqamətində işi davam etdirir.
Rusiya Prezidenti əlavə edib ki, “Poseydon” və “Burevestnik” sistemlərinin hazırlanması artıq yekun mərhələyə çatıb.
Putin “Sarmat” raket kompleksini dünyanın ən güclü raket sistemi adlandırıb. Onun sözlərinə görə, bu raketin daşıdığı ümumi döyüş başlığı oxşar sistemlərlə müqayisədə dörd dəfə daha güclüdür.
O vurğulayıb ki, “Sarmat”ın uçuş məsafəsi suborbital trayektoriya sayəsində 35 min kilometri ötür və raketin dəqiqlik göstəricisi əvvəlki sistemlərlə müqayisədə iki dəfə artırılıb.
