Rusiya 35 000 km mənzilli ballistik raketi uğurla sınaqdan keçirdi

Rusiya “Sarmat” adlı ağır qitələrarası ballistik raketin uğurlu sınağını həyata keçirib.

Az.shafaqna.com xəbər verir ki, bu barədə Strateji Raket Qüvvələri Komandanlığı prezident Vladimir Putinə məlumat verib.

Keçirilən sınaqlar raketin nəzərdə tutulan bütün texniki göstəricilərini doğrulayıb.

Qeyd edilib ki, “Sarmat” uçuş məsafəsi, daşıdığı döyüş yükü və raketdən müdafiə sistemlərini aşmaq imkanları baxımından əvvəlki “Voevoda” kompleksini geridə qoyur.

Karakayev əlavə edib ki, “Sarmat” raketləri ilə təchiz olunan ilk raket alayı ilin sonuna qədər Ujur hərbi birləşməsində döyüş növbətçiliyinə başlayacaq.

Putin qeyd edib ki, “Sarmat”ın uçuş məsafəsi suborbital trayektoriya sayəsində 35 min kilometri ötür və raketin dəqiqlik göstəricisi əvvəlki sistemlərlə müqayisədə iki dəfə artırılıb.

Bu məqaləni paylaş