İspaniyada hantavirusa ilk yoluxma halı

İspaniyada hantavirusla bağlı ilk yoluxma faktı təsdiqlənib.

Az.shafaqna.com xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Açıqlamada bildirilib ki, dünən aparılan analizlərin nəticəsinə əsasən bir nəfərdə hantavirus aşkarlanıb.

Nazirlik qeyd edib ki, kruiz gəmisindən təxliyə olunan digər 13 nəfərin test nəticələri isə hələlik mənfi çıxıb və onlarda virusa rast gəlinməyib.

Bu məqaləni paylaş