Bu il mayın 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları 87 milyard 916,2 milyon ABŞ dolları təşkil edib.
“Az.shafaqna.com” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən il mayın 1-nə nisbətən 15 % çoxdur.
Təkcə apreldə ölkənin strateji valyuta ehtiyatları 2 milyard 765,1 milyon ABŞ dolları artıb.
2025-ci ilin sonunda Azərbaycanın strateji valyuta ehtiyatları 85,1 milyard ABŞ dolları təşkil edib.
Bu məqaləni paylaş
