Bu il mayın 1-nə Azərbaycanın xarici dövlət borcu 4 milyard 678,4 milyon ABŞ dolları təşkil edib.
“Az.shafaqna.com” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən il mayın 1-nə nisbətən 7,8 % azdır.
Təkcə apreldə ölkənin xarici dövlət borcu 10,9 milyon ABŞ dolları azalıb.
Ötən il ölkənin xarici dövlət borcu 6,7 % azalaraq 4 milyard 813,5 milyon ABŞ dollara (8 milyard 183 milyon manata) düşüb.
Bu məqaləni paylaş
