Avropa ölkələrindən 692 Gürcüstan vətəndaşı geri qaytarılıb

Az.shafaqna.com xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin 2026-cı ilin ilk üç ayını əhatə edən hesabatına görə, yanvar-mart dövründə Avropa İttifaqı ölkələrində qanunsuz yaşayan 692 Gürcüstan vətəndaşı ölkəyə qaytarılıb.

Məlumatda bildirilir ki, ən çox deportasiya halı Almaniyada qeydə alınıb. Hesabat dövründə bu ölkədən 377 Gürcüstan vətəndaşı readmissiya proseduru əsasında geri göndərilib. Siyahıda daha sonra Fransadan 104 və İtaliyadan 40 nəfər yer alıb.

Bundan başqa, Polşa, İsveçrə, Yunanıstan, İrlandiya, İspaniya, NiderlandBelçika da Gürcüstan vətəndaşlarının ən çox geri göndərildiyi ölkələr sırasında göstərilib.

Qeyd olunur ki, Gürcüstanla Avropa İttifaqı arasında qanunsuz yaşayan şəxslərin readmissiyası haqqında saziş 2011-ci il martın 1-dən qüvvəyə minib. Həmin razılaşmaya əsasən, Aİ ölkələrində qeyri-qanuni yaşayan Gürcüstan vətəndaşları geri qaytarılır. Saziş müəyyən hallarda üçüncü ölkə vətəndaşlarının da Gürcüstana readmissiyasını nəzərdə tutur.

Sənədə əsasən, readmissiya və tranzit prosesləri zamanı nəqliyyat xərcləri son təyinat ölkəsinin sərhədinə qədər müraciət edən dövlət tərəfindən ödənilir.

Bu məqaləni paylaş