NATO rəsmiləri kino xadimləri ilə gizli görüşlər keçirir – SƏBƏB

NATO rəsmiləri Avropa və ABŞ-da rejissorlar, ssenaristlər və prodüserlərlə qapalı və gizli görüşlər keçirirlər.

Az.shafaqna.com xəbər verir ki, onların məqsədi həmin kino xadimlərini öz təbliğat məqsədləri üçün istifadə etməkdir.

Qeyd edilir ki, artıq Brüssel, Los-AncelesParis şəhərlərində üç görüş keçirilib. Məlumata əsasən, gələn ay Böyük Britaniya Ssenaristlər Gildiyasının (WGGB) üzvləri ilə də görüş planlaşdırılır. Bildirilir ki, bu görüşlər Çetem-Haus prinsipi əsasında keçirilir. Bu qaydaya görə iştirakçılar əldə etdikləri məlumatdan sərbəst istifadə edə bilsələr də, görüş iştirakçılarının kimliyini açıqlamaq qadağandır.

Ssenaristlərin bir hissəsi NATO-nun bu təşəbbüsünü artıq tənqid ediblər və bu cür görüşləri “biabırçı” və “açıq təbliğat” adlandırıblar.

Məlumata görə, artıq üç layihə hazırlanma mərhələsindədir. Bu layihələrin əsas məqsədi NATO-nun “aqressiv, dağıdıcı, təcavüzkar obrazını” gizlətmək və alyans daxilində münasibətlərin “dostluq” və “əməkdaşlıq” üzərində qurulduğunu fikrini formalaşdırmaqdır.

ETİKETLƏNDİ:
Bu məqaləni paylaş