İsrail atəşkəsə əməl etmir: Qəzza soyqırımı davam edir

Az.shafaqna.com xəbər verir ki, bu barədə Qəzza sektorunun Səhiyyə Nazirliyi İsrailin qətlə yetirdiyi günahsız qəzzalılarla bağlı məlumat yayıb.

Qeyd edilib ki, 2025-ci il 10 oktyabrda atəşkəsin qüvvəyə minməsinə baxmayaraq, İsrail Qəzza sektorunda dinc sakinləri hədəf almağa davam edir. Həmin vaxtdan bəri İsrail hərbçiləri tərəfindən 854 dinc fələstinli öldürülüb, 2 453 nəfər yaralanıb.

Ümumilikdə isə, 2023-cü il 7 oktyabrdan bəri İsrail ordusu 72 740 nəfər günahsız Qəzza sakinini qətlə yetirib, 172 555 nəfəri isə yaralayıb.

Həmçinin 10 minə yaxın fələstinli isə itkin düşüb.

İsrailin öldürdüyü qəzzalıların böyük əksəriyyətini uşaqlar və qadınlar təşkil edir.

Bu məqaləni paylaş