Nigeriyada silahlı hücum nəticəsində onlarla insan ölüb

Az.shafaqna.com-un verdiyi xəbərə görə, Nigeriyanın şimal-qərbində yerləşən Zamfara ştatında silahlı şəxslərin hücumu nəticəsində azı 30 nəfər həlak olub.

Nigeriya mətbuatının məlumatına əsasən, silahlılar bölgədə mühüm yol qovşaqlarından birində hərəkət edən sərnişinlərə pusqu quraraq onlara atəş açıblar. Hücumun hansı qrup tərəfindən törədildiyi barədə məlumat verilməyib.

Qeyd edək ki, Nigeriyanın şimal-qərb və mərkəzi bölgələri son illər silahlı qruplaşmaların hücumları səbəbindən ciddi təhlükəsizlik problemləri ilə üzləşir. Həmin qruplar adam oğurluğu və talançılıqla məşğul olur, mülkiləri qətl edirlər. Təhlükəsizlik qüvvələrinin genişmiqyaslı əməliyyatlarına baxmayaraq, bölgədə zorakılıq halları davam edir.

Bu məqaləni paylaş